Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa məktub göndərərək Qəzza zolağında aclıqdan və bombardman nəticəsində ölən uşaqlara kömək istəyib.
Tezadlar.az bu barədə “Anadolu”ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Əminə Ərdoğan Melaniya Trampa səmimi ehtiramını ifadə edib və 2019-cu ildə Ağ Evdəki səmimi qarşılanmanı hələ də xatırladığını bildirib.
Türkiyənin birinci xanımı qeyd edib ki, Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə bu yaxınlarda yazdığı məktub ABŞ-ın birinci xanımının cari hadisələrə həssaslığından bəhs edir.
“İnanıram ki, siz ukraynalı uşaqlara göstərdiyiniz həssaslığı, son iki ildə 18 mini uşaq olmaqla 62 min günahsız dinc sakinin öldürüldüyü Qəzzaya qarşı daha böyük həssaslıq göstərəcəksiniz”, – Əminə Ərdoğan qeyd edib.
Ərdoğanın xanımı vurğulayıb ki, təkcə Ukrayna uşaqları deyil, Fələstin uşaqları da sevincə, azadlığa və ləyaqətli gələcəyə layiqdirlər.
Türkiyənin birinci xanımı “İsrailin baş naziri Benyamin Netanyahuya Qəzzada humanitar böhrana son qoymaq üçün təkidli çağırışla məktub göndərsəniz, bu, son dərəcə vacib olardı”, – o deyib.
Qəzzadan sağ qalan bir milyondan çox uşağı xilas etmək şansımız hələ də var, – Əminə Ərdoğan yekunlaşdırıb.
E.ŞİRİNOV