Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin baş naziri Benyamin Netanyahu BMT-ni sərt şəkildə tənqid edərək, təşkilatın Qəzzada aclıq xəbərlərinin yalan olduğunu bildirib.
Tezadlar.az bu barədə “Sputnik”ə istinadən xəbər verir.
Netanyahu video müraciəti zamanı BMT müşahidəçilərini ittiham edib.
“Aldatma və yalana qarşı mübarizə aparmaq çox çətindir. “Acından ölən” uşaqların fotoları serebral iflic və ya digər anadangəlmə xəstəlikləri olan uşaqların şəkilləri olur”, – İsrailin baş naziri deyib.
Bir gün əvvəl BMT Qəzza zolağının bəzi bölgələrində aclıq olduğunu rəsmən elan etdi. Təşkilatın məlumatına görə, 514 min insan (anklav əhalisinin demək olar ki, dörddə biri) aclıq yaşayır. Sentyabrın sonuna qədər bu rəqəmin 641 minə yüksələcəyi gözlənilir.
Hesabatda deyilir ki, “aclıq və kritik qida çatışmazlığı həddinə çatıldığına” dair aydın sübutlar var. Monitorinq göstərdi ki, çox güman ki, ölənlərin sayı yüksək həddə çatıb.
İsrail hesabatı təkzib edərək, BMT müşahidəçilərinin HƏMAS mənbələrinə güvəndiyini və Qəzzada aclıq elan etməklə “öz qaydalarını təhrif etdiklərini” bildirib.
Baş Nazirlik dəftərxanası cümə günü verdiyi bəyanatda BMT-nin aclıq bəyannaməsini “açıq yalan” və “müasir qan böhtanı” adlandırıb.
E.ŞİRİNOV