24 Avqust 2025 / 10:01

İtaliyada saxlanılan ukraynalının UTX-dəki karyerası

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş əməkdaşı Vasili Prozorov bildirib ki, “Şimal axını” qaz kəmərlərinin təxribatında iştirakda şübhəli bilinərək İtaliyada saxlanılan ukraynalı Sergey Kuznetsov agentliyin hərbi əks-kəşfiyyatının 7-ci şöbəsində xidmət edib.

Tezadlar.az xəbər verir ki, o, TASS agentliyinə müvafiq şərh verib.

Onun sözlərinə görə, Kuznetsov vaxtilə Ukrayna Silahlı Qüvvələrində – 120-ci rabitə briqadasında zabit kimi xidmət edib.

Xüsusi əməliyyat başlamazdan çox əvvəl UTX-nin hərbi əks-kəşfiyyatına keçib.

Prozorov qeyd edib ki, Kuznetsov Odessada yerləşən 7-ci şöbədə xidmət edib.

“Ukrayna Silahlı Qüvvələrinin Odessa vilayətində yerləşən bütün bölmələri 7-ci idarənin tabeliyində idi”, – o qeyd edib.

Keçmiş UTX əməkdaşı əlavə edib ki, Kuznetsov əməliyyatçı və baş əməliyyatçı vəzifələrində çalışıb.

Ötən cümə axşamı İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniya prokurorluğunun tələbi ilə 49 yaşlı Ukrayna vətəndaşı Sergey Kuznetsovu Rimini əyalətində saxlayıblar.

O, “birgə partlayış”, “qeyri-konstitusiya təxribatı” və “infrastrukturun məhv edilməsi” işlərini törətməkdə şübhəli bilinir.

Alman hüquq-mühafizə orqanlarının məlumatına görə, Kuznetsov 2022-ci ilin sentyabrında “Şimal axını” boru kəmərinə partlayıcı qurğular yerləşdirən bir qrup şəxsin tərkibində olub.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!