Artıq neçə vaxtdır ki, rəsmi Moskva ona boyun əyməyən ölkələrə qarşı fərqli təzyiq üsullarından istifadə edir… Azərbaycana qarşı hələ də qərəzindən qalmayan, siyasi cığallığı bir fayda verməyəndən sonra ölkəmizdən Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarından “qurd” çıxaran Kreml bir fayda əldə etmədikdə keçdi Ermənistana. Belə ki, tarixən dost olan Ermənistan indi Rusiya üçün gerçək düşmən kimidir. Acığını oxşar üsulla çıxmaq istəyən rəsmi Moskva neçə gündür Erməni şaftalısı, gavalı və üzümləri olan yük maşınları Rusiya Federasiyasına buraxmır və sərhəddən geri qaytarır. “Sputnik Armeniya” yazır ki, “…Artıq Yuxarı Lars keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə yük maşını geri qayıdır, məhsullar zay olur… Daşıyıcılar şikayətlənirlər ki, onlara aydın izahat verilmir: onlara ancaq fitosanitariya ilə bağlı bəzi problemlər deyilir. Bu barədə deputat Qarnik Danielyan sosial şəbəkələrdə məlumat verib. O, yolda dayanan onlarla yük maşınının videosunu yayıb. Danielyan iddia edir ki, digər malları olan yük maşınları da hərtərəfli yoxlanışdan keçirilir – xüsusən də tikinti materialları olan yük maşınlarında problemlər yaranıb ki, bu da bu sektor üçün görünməmiş haldır. Deputat problemləri Ermənistanın Rusiyadan uzaqlaşması və ABŞ-la yaxınlaşması ilə əlaqələndirib”.
Deyirəm, ermənilərin ağlı ola, sülh sazişini tez imzalaya və Moskvanın acığına həmin məhsulları həm də Türkiyə və Azərbaycan bazarına göndərə! Görüm onda rəsmi Moskva nə edəcək!
RAMİZ