25 Avqust 2025 / 12:18

İsrail Livanı “Hizbullah”ı tərksilah etmək səylərində dəstəkləməyə hazırdır

İsrail Livan hökumətinə şiə “Hizbullah” hərəkatını tərksilah etmək səylərində dəstək verməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib.

“Livan hökumətinin 2025-ci ilin sonuna kimi “Hizbullah”ı tərksilah etmək üçün işləmək barədə son qərarı əhəmiyyətli bir hadisə idi. Bu mühüm inkişafın işığında İsrail “Hizbullah”ı tərksilah etmək səylərində Livanı dəstəkləməyə və hər iki ölkə üçün daha təhlükəsiz və sabit gələcəyə nail olmaq üçün birlikdə işləməyə hazırdır”, – bəyanatda deyilir.

“Livan Silahlı Qüvvələri “Hizbullah”ı tərksilah etmək üçün lazımi addımları atsa, İsrail Livanda İMQ-nin mövcudluğunun tədricən azaldılması da daxil olmaqla, qarşılıqlı tədbirlər görəcək”, – ofis əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!