Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol oynayır.
“Tezadlar” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
“Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu nəticəsində nail olunub”, – nazir vurğulayıb.
Nazirin sözlərinə görə, dövlətimizin bu tarixi nailiyyətlərinin əldə edilməsində Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır: “Mehriban xanım Əliyevanın dünyada Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının qorunması ilə şərtləndirilən sülh gündəliyinin bölgədə bərqərar olunmasında rolu əvəzsizdir”.