MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Fələstin dövlətinin, demokratik olması şərtilə, tanınmasını istisna etmədiyini açıqlayıb.
“Tezadlar” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Biz Fələstinin dövlət kimi tanınmasına “yox” demirik. Biz bunun tərəfdarıyıq. Amma təbii ki, onun demokratik dövlət olacağından əmin olmalıyıq”, – o deyib.
Frederiksen vurğulayıb ki, hazırda Danimarka Fələstini tanımağa hazır deyil, çünki Qəzza zolağının əhəmiyyətli hissəsi HƏMAS hərəkatının nəzarəti altındadır.