Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fəal və jurnalist Vitali Mazurenkonun canlı efirdə prezident Karol Navrotskini təhqir etməsindən sonra Ukraynadan üzr istəməsi istənilib.
Tezadlar.az xəbər verir ki, müvafiq çağırışı Polşanın xarici işlər naziri Pavel Yablonski edib.
Mazurenko milli televiziyada Navrotskini həbsxanada kriminal avtoritet adlandırıb. Aparıcılar jurnalistin sərhəddi keçdiyini və ondan üzr istəməsini tələb etdiyini, lakin fəal bundan imtina edərək Polşa prezidentini təhqir etməyə davam etdiyini bildirib. Daha sonra Mazurenko canlı efirdən uzaqlaşdırılıb.
— Hər gün prezident Karol Navrotskinin təşəbbüsünün əsaslı olması lehinə yeni arqumentlər gətirir. Cənab Mazurenko isə ölkəmizdəki qonaqpərvərliyə görə təcili olaraq ona təşəkkür etməli və vətəninə həqiqi dəstək vermək üçün cəbhəyə getməlidir, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri sosial şəbəkədə yazıb.
İyulun sonunda Karol Navrotski Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb. Polşa lideri Ukraynadan müasir tarixin polyak xalqı üçün vacib olan problemlərinə münasibətini dəyişməyi tələb edib.
Bundan sonra xarici mediada Navrotskinin Ukrayna, Almaniya və Avropa İttifaqı ilə bağlı tənqidi mövqe tutduğu barədə fikirlər səsləndirilib. Jurnalistlərin fikrincə, onun fikirləri Polşanın Aİ-dən çıxmasının tərəfdarı olan ifrat sağçı “Konfederasiya” partiyasına yaxındır.
E.ŞİRİNOV