3 Sentyabr 2025 / 23:12

Makron ailəsi “Le Touquet”dəki villanı satdı

Fransa Prezidenti Emmanuel Makron ölkənin şimalındakı “Le Touquet-Paris-Plage”dəki villasını satıb.

“Tezadlar” xəbər verir ki, bu haqda “Le Canard Enchaine” nəşri yazıb.

“Paris notariusunun ofisində Bricit Makron “Le Touquet”dəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən sövdələşmə 3,6 milyon avroya bağlanıb”, – məqalədə deyilir.

Nəşrin məlumatına görə, villa “Oxial” şirkəti tərəfindən alınıb. Binanın premium mağazalarının olduğu ticarət obyektinə çevrilməsi planlaşdırılır.

Məlumata görə, həmin villa Bricit Makrona məxsus idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!