4 Sentyabr 2025 / 07:45

Rostov vilayətinin 8 bələdiyyəsinə PUA hücumu dəf edilib

Hava Hücumundan Müdafiə Qüvvələri Novoşaxtinsk, Kamensk, Semikarakorsk və Rostov vilayətinin beş rayonunda pilotsuz təyyarələrin kütləvi hücumunu dəf edib. Düşən PUA parçaları səbəbindən bir neçə yerdə yanğın olub.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar məlumat verib.

“Hava Hücumundan Müdafiə Qoşunlarımız və vasitələrimiz düşmənin kütləvi hücumunu dəf edərək, Novoşaxtinsk, Kamensk, Semikarakorsk, Millerovski, Tarasovski, Krasnosulinski, Dubovski və Şoloxovski rayonlarında PUA-ları sıradan çıxararaq məhv edib. Əməliyyat məlumatlarına görə, heç kim xəsarət almayıb. Tarasovski, Millerovski və Dubovski rayonunda bir neçə yerdə PUA qırıntılarının düşməsi səbəbindən bir neçə yerdə yanğın olub”, – o, Telegram kanalında yazıb.

Slyusar yanğınların tez bir zamanda söndürüldüyünü bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!