7 Sentyabr 2025 / 12:05

İtkin düşən turistin cəsədi tapılıb

Xilasedicilər Kabardin-Balkarın (KBR) Elbrus rayonunda Belarusdan olan 26 yaşlı turistin cəsədini tapıblar. Həmin şəxs Fövqəladə Hallar Nazirliyində qeydiyyatda olmayıb və təkbaşına Terskolak dağına qalxmağı planlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

“Terskol şəlaləsi (hündürlüyü 2800 m) ərazisində Belarus Respublikasından olan turistin meyiti tapılaraq təxliyyə edilərək hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupuna təhvil verilib”, – deyə idarədən bildirilib.

İşlər Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ axtarış-xilasetmə dəstəsinin mütəxəssisləri və “Lider” mərkəzinin xilasediciləri tərəfindən həyata keçirilib.

Qeydiyyatı olmayan 26 yaşlı turist sentyabrın 3-dən əlaqə saxlamayıb. O, Terskolak dağına qalxmağı planlaşdırırdı.

İstintaq Komitəsinin regional şöbəsi qeyd edib ki, həmin şəxsin ölümü ilə bağlı istintaqa qədərki yoxlamaya başlayıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!