Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sverdlovsk vilayətində bir həftə əvvəl istintaq təcridxanasından qaçan ikinci məhkumun axtarışı davam etdirilir.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 1-də Yekaterinburqda cəzaçəkmə koloniyasına köçürülməyi gözləyən iki məhkum qaçıb.
Bundan əvvəl məlum olub ki, onlardan biri, hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə cəza çəkən, terrorçu və ekstremistlər siyahısına daxil edilmiş 24 yaşlı Aleksandr Çerepanov tutulub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, müqavimət göstərməyib. Qaçış üçün ona indiki müddətinə əlavə olaraq daha beş il – ciddi rejimli cəzaçəkmə müəssisəsində yeddi il də verilə bilər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci şəxsi – 24 yaşlı İvan Koryukovu da axtarır, o da terrorçu və ekstremistlər siyahısındadır.
İkinci cinayətkarı tutmağa kömək edəcək hər hansı məlumat üçün mükafat elan edilib.
Məlum olub ki, qaçan şəxsin yanında mətbəx bıçağı ola bilər.
E.ŞİRİNOV