8 Sentyabr 2025 / 21:19

Husilərin hücumundan sonra İsraildən sərt cavab siqnalı

İsrail yaxın zamanda Yəmənə güclü zərbə endirməyə hazırlaşır.

“Tezadlar” xəbər verir ki, bunu İsrailin təhlükəsizlik sahəsindəki mənbəsi bildirib.

Bəyanat Yəmənin husi qruplaşmasının İsraildəki Ramon hava limanına pilotsuz uçuş aparatı ilə hücumu təsdiqləməsindən sonra verilib. Qruplaşmanın məlumatına görə, Negev, Eylat, Aşkelon, Aşdod və Təl-Əvivdəki hədəflərə də zərbələr endirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!