8 Sentyabr 2025 / 22:01

Erməni oliqarx Karapetyan məhkəmə qərarı ilə həbsdə qalacaq

Samvel Karapetyan məhkəmənin qərarı ilə həbsdə qalacaq.

“Tezadlar” xəbər verir ki, bunu biznesmenin vəkili Aram Vardevanyan deyib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyib.

Qeyd edək ki, Karapetyan iyunda iki ay müddətinə həbs edilib. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunurdu.

Avqustun ortalarında məhkəmə onun həbs müddətini iki ay uzadıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!