Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nepal Prezidenti Ram Çandra Paudel ölkədəki iğtişaşlar fonunda milli birliyə çağırıb.
“Tezadlar” xəbər verir ki, bu barədə “The Himalayan” məlumat yayıb.
Prezident vəziyyətin sülh yolu ilə həlli üçün əməkdaşlığa hazır olduğunu bildirib.
Paudel etirazçıları danışıqlar aparmağa çağırıb.
“Mən ölkədəki mürəkkəb vəziyyətin sülh yolu ilə həlli üçün etiraz edən vətəndaşlar da daxil olmaqla hər kəsi əməkdaşlığa, tərəfləri təmkinli olmağa və danışıqlara başlamağa çağırıram”, – prezidentin bəyanatında bildirilib.