Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşanın Sileziya bölgəsində, Jivets rayonunun Lipova kəndində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Tezadlar.az xəbər verir ki, qəza eniş zamanı baş verib.
İlkin ehtimala görə, hava gəmisində texniki nasazlıq yaranıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüb, göyərtədə olan şəxslərin cəsədləri çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.