10 Sentyabr 2025 / 19:32

Paşinyan: 8 avqust sülhünü pozmaq istəyən qüvvələr var

8 avqustda Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir, lakin danışıqlar zamanı heç vaxt masa üzərində deklarasiya layihəsindən başqa sənəd olmayıb.

“Deklarasiya mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”, – Paşinyan bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!