Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani CNN telekanalına deyib ki, ölkəsi İsrailin Dohaya hücumuna cavab hazırlayır.
Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, yaxın vaxtlarda Dohada məsələ ilə bağlı sammitin keçirilməsi planlaşdırılır.
O əlavə edib ki, “zərbə Qəzzada girovlar üçün bütün ümidləri məhv edib” və israilli həmkarı Benyamin Netanyahunu “məsuliyyətə cəlb olunmağa” çağırıb.
“Düşünürəm ki, Netanyahunun etdikləri, sadəcə olaraq, bu girovlar üçün bütün ümidləri öldürdü”, – baş nazir deyib.
Əl-Tani əlavə edib ki, o, İsrail HƏMAS-a ölkəsində zərbə endirdiyi çərşənbə axşamı səhər saatlarında girovların ailələrindən biri ilə görüşüb. Ailələr bu vasitəçiliyə (atəşkəs üçün) ümid bəsləyirlər, başqa ümidləri yoxdur,”- Qətərin baş naziri deyib.
Qətərin baş naziri Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahuya qarşı irəli sürdüyü ittihama işarə edib. “O, məsuliyyətə cəlb edilməlidir”, – əl-Tani deyib.
E.ŞİRİNOV