Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Prezidenti Məsud Pezeşkian yenidən Azərbaycan dilində etdiyi çıxışı ilə diqqəti çəkib. Belə ki, prezident Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib. Tezadlar.az sosial mediada yayılmış video-çıxışlara istinadla xəbər verir ki, o, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib. Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib. İran prezidenti bu vəziyyətə reaksiya verərək deyib: “Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən məktəblilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq…”.