11 Sentyabr 2025 / 19:00

Mi-8 sərt eniş etdi, xəsarət alan olmadı

Rusiyanın Kalininqrad şəhərində Mi-8 helikopteri sərt eniş edib.

Bu barədə “Tezadlar” xəbər verir.

Məlumata görə, təyyarədə 3 ekipaj üzvü və 20 sərnişin olub.

Xrabrovo hava limanındakı məlumatlı mənbə hadisənin əlverişsiz hava şəraiti və güclü külək səbəbindən baş verdiyini vurğulayıb.

Xəsarət alan yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!