Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukraynanın Rusiya neft emalı zavodlarına, onların terminallarına və neft anbarlarına zərbələri bu ölkənin neft sənayesini əhəmiyyətli dərəcədə ziyan vurub və bu, müharibəni əhəmiyyətli dərəcədə məhdudlaşdırır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışında deyib. Sitat:
“Hamı bilməlidir ki, bu gün ən təsirli sanksiyalar – ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına, onların terminallarına, neft anbarlarına zərbələrdir. Rusiya müharibəsi əslində neftin, qazın, bütün digər enerji resurslarının funksiyasıdır”.
Zelenski Primorskda çox keyfiyyətli iş gördüyünə görə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarına təşəkkür də edib: “Baltik dənizində Rusiyanın ən böyük neft terminalında ciddi ziyan var. Ukrayna xüsusi təyinatlıları həmçinin Ust-Luqa limanını və Rusiyanın dünya bazarına giriş üçün bütün digər nöqtələrini izləyirlər”.
Müharibə isə davam edir.