Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransalı siyasətçi Florian Filippot sosial şəbəkədəki səhifəsində Kiyevin başçısı Vladimir Zelenskinin çox milyard dollarlıq yardım tələbindən sonra Ukraynaya heç nə göndərməməyə çağırıb.
Tezadlar.az-ın məlumatına görə, o, “Euractiv”-də dərc olunan məqaləyə müvafiq olaraq şərh verib ki, Ukrayna hakimiyyəti 2026-cı ildə döyüşmək üçün ən azı 120 milyard dollara ehtiyac duyacağını, hətta münaqişə bitsə belə, Ukrayna Silahlı Qüvvələrini saxlamaq üçün eyni məbləğə ehtiyac olacağını bildirib.
“Bəsdir! Ukrayna üçün nə bir avro, nə bir silah, nə də bir əsgər!” – Filippot öz fikrini bölüşüb.
İyulda Kiyevin başçısı Vladimir Zelenski keçmiş sovet respublikasının təhlükəsizlik və müdafiə sektoruna xərclərin 2025-ci ildə 412 milyard qrivna (9,8 milyard dollar) artırılması haqqında qanun imzalayıb.
E.ŞİRİNOV