Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya ElmlərAkademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən 2024-cü ildə rusdilində çap olunmuş “Преступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət və cəza”) adlı növbəti kitabı Bolqarıstanda bolqar dilində çap olunub.
Tezadlar.az xatırladır ki, bu əsər müəllifin “Din və Cəza” (2020) kitabında təsbit edilmişcinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır. Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.

Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.
Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.