17 Sentyabr 2025 / 09:07

“Zelenski reallıqla əlaqəni itirir və yersiz islahatlar aparır”

Vladimir Zelenski və müşavirləri reallıqla əlaqəni itirirlər.

Tezadlar.az xəbər verir ki, bunu “Foreign Policy”nin jurnalisti Pol Hokkenos deyib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin son hərəkətləri çaşqınlıq yaradıb.

“Bəzi müşahidəçilər Vladimir Zelenski və onun müşavirlərinin Kiyevdəki hakimiyyət dəhlizləri xaricində reallığı adekvat şəkildə dərk edib-etmədikləri ilə maraqlanırlar”, – nəşr yazır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna hökuməti qoşunlarda əmrə tabe olmamağa görə cəzaların ciddi şəkildə sərtləşdirilməsini təklif etmişdi.

Məqalə müəllifi hərbi vəziyyət dövründə ukraynalı gənclərə ölkəni tərk etmək imkanı verildiyini də xatırladıb.

“İndi 18-22 yaşlı gənclər kütləvi şəkildə gedirlər… Ciddi demoqrafik problemlərlə üzləşən Ukraynada müharibədən sonra çox az adam olacaq”, – deyə jurnalist fikirlərini bölüşüb.

Məqalədə həmçinin qeyd edilir ki, Kiyevin bir çox müttəfiqləri “Ukraynanın hərbi çağırışla bağlı qanunlarının artıq çox yumşaq olduğuna inanırlar və məcburi xidmət 18 yaşından başlamalıdır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!