17 Sentyabr 2025 / 11:45

Çin İsraildən Qəzzada hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir

Çin hakimiyyəti İsraildən onsuz da ciddi olan humanitar böhranı pisləşdirməmək üçün Qəzza zolağında hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

“Biz israr edirik ki, İsrail beynəlxalq ictimaiyyətin güclü çağırışlarına qulaq assın və Qəzzada hərbi əməliyyatı dərhal dayandırsın və daha da ciddi humanitar böhranın qarşısını almaq üçün mümkün qədər tez hərtərəfli və davamlı atəşkəsə nail olsun”, – o, brifinqdə vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!