Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda zibil atmaq üstündə qonşu qadınlar arasında dava olub.
Tezadlar.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.
26 yaşlı F. Nağıyeva ilə qonşusu arasında həyətə zibil atmaq üstündə mübahisə yaranıb. Mübahisə zamanı F. Nağıyeva qonşusunun başına yumruqla zərbə vurub. Sonra yaxasından tutaraq, onu yerə yıxıb. Nəticədə zərərçəkənin qolu sınıb, həmçinin gicgah nahiyəsi zədələnib.
Hadisəyə görə, F. Nağıyeva barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı tərəflər barışıblar. Hər iki tərəf məhkəmədən işə xitam verilməsini xahiş edib.
Nəsimi rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.