18 Sentyabr 2025 / 07:21

Kirkin qətlində şübhəli bilinən şəxsin niyə təslim olduğu açıqlanıb

Amerikalı fəal Çarli Kirki öldürməkdə ittiham olunan Tayler Ceyms Robinson həbsi zamanı güllələnəcəyindən qorxduğu üçün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmağa razılaşıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Vaşinqton dairəsinin (Yuta) şerifi Neyt Bruksbi bildirib.

“Tayler bütün səyləri, tüfəngin tapılmasını və fotoşəkilinin xəbərlərdə görünməsini nəzərə alsaq, onun ələ keçirilməsinin qaçılmaz olduğunu başa düşdü. Yaxalanacağını bilirdi və SWAT-ın evinə basqın edəcəyindən qorxurdu; hüquq-mühafizə orqanlarının onu güllələyəcəyindən qorxurdu. Onun könüllü təslim olmasının şərtlərindən biri də ehtiyatlı davranmaq və təslim olmaq idi”, – o, Amerika televiziya şəbəkələri tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Bundan əlavə, razılaşmanın bir hissəsi olaraq, Robinsonun valideynlərinə təslim zamanı onunla birlikdə olmağa icazə verildi, – şerif əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!