Volqoqrad hava limanında əməliyyatlar müvəqqəti olaraq məhdudlaşdırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
“Volqoqrad hava limanı. Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, – məlumatda deyilir.
E.ŞİRİNOV







