Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belqorod vilayətinin Şebekino şəhərində Ukraynaya məxsus PUA avtomobilə hücum edib. Bir mülki vətəndaş həlak olub, yaxınlıqda olan qardaşı yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Şebekinoda avtomobilə hücum edib. Ən dəhşətlisi isə mülki şəxs həlak olub. Kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaxınlıqda olan qardaşı mina partlayışı və döş qəfəsindən kor qəlpə yarası ilə özünümüdafiə qüvvələri tərəfindən ağır vəziyyətdə Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb”, – Qladkov bildirib.
O əlavə edib ki, lazımi tibbi yardım göstərildikdən sonra yaralı rayon klinik xəstəxanasına yerləşdiriləcək. Maşın yanaraq sıradan çıxıb.
E.ŞİRİNOV