18 Sentyabr 2025 / 13:49

Gürcüstanda əhali sayında qorxunc azalma: əhali getdikcə azalır…-SƏBƏB

Gürcüstanda əhalinin azalması gözlənilir. 2054-cü ildə ölkə əhalisinin 3.63 milyon nəfərə, 2100-cü ildə isə 2.98 milyon nəfərə enəcəyi proqnozlaşdırılır. Tezadlar.az xəbər verir ki, bu barədə BMT-nin son proqnozlarında qeyd olunub. Qeyd olunur ki, Gürcüstanda əhalinin pik nöqtəsi 1989-cu ildə 5.519 milyon nəfər olub. Hesabata əsasən, qlobal miqyasda doğum göstəriciləri azalır, qadınlar orta hesabla bir uşaq dünyaya gətirir. COVID-19 pandemiyasından sonra isə ömür uzunluğu artaraq 2024-cü ildə 73 yaşa çatıb.

Dünya üzrə proqnozlara görə, Afrikada əhali sürətlə artmaqda davam edir. 2054-cü ilə qədər bu regionda əhali 79% artaraq 2.2 milyarda, əsrin sonuna qədər isə 3.3 milyarda çata bilər. Çin və Hindistan hələ də dünyanın ən sıx əhalili ölkələri olaraq qalır, lakin Çin əhalisi 2024-2054-cü illərdə 204 milyon nəfər azalacaq.

Qeyd edək ki, 2022-ci ildə dünya əhalisi 8 milyarda çatıb, 2037-ci ildə isə 9 milyard nəfər gözlənilir. BMT-nin son proqnozuna əsasən, dünya əhalisi 2080-ci illərin ortalarında 10.3 milyard nəfərə çatacaq, lakin əsrin sonuna qədər azalaraq 10.2 milyard nəfərə düşəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!