18 Sentyabr 2025 / 15:14

Pakistan 2026-cı ildə BRICS-ə qoşula bilər

Pakistan qrupun 2026-cı ildə keçiriləcək illik sammiti zamanı BRICS-ə qoşula bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə ekspert və diplomatik mənbələrə istinadən “Business Recorder” nəşri məlumat yayıb.

İqtisadçı Mehmudul Həsən Xanın fikrincə, Pakistanın təşkilata tamhüquqlu üzvlüyü İslamabada öz üzvləri ilə iqtisadi tərəfdaşlıq əlaqələrini daha da genişləndirmək, birbaşa xarici investisiyaları artırmaq və ticarət əlaqələrini şaxələndirmək üçün yeni imkanlar verəcək. O, həmçinin sənayeləşməni, rəqəmsallaşmanı və süni intellekt texnologiyalarının qəbulunu təşviq edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!