Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransada həbs edilən aksiya iştirakçılarının sayı 140 nəfərə çatıb.
“Təzadlar” xəbər veri ki, bu barədə yerli KİV ölkənin Milli Polisinin hesabatına istinadən məlumat yayıb.
“Saat 15:45-də dərc edilmiş yeni hesabata əsasən, Milli Polis tərəfindən 21-i Parisdə olmaqla 140 həbs həyata keçirilib”, – hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı yüngül xəsarətlər alıb.
Hökumət 282 477 etirazçının olduğunu bildirib.
Fransada həbs edilən etirazçıların sayı 114-ə çatıb.
“Təzadlar” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
“Polisin məlumatına görə, Paris istisna olmaqla, ölkə üzrə etiraz aksiyalarının iştirakçılarının sayı təxminən 264 min nəfər təşkil edib”, – nəşr yazıb.
Fransada həbs edilənlərin sayı 99 nəfərə çatıb.
“Təzadlar” “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi brifinqdə bildirib.
Onlardan 15-i Parisdə həbs edilib.
Fransada həbs olunanların sayı 79-a çatıb.
“Təzadlar” xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
“TF1″in məlumatına görə, ölkəboyu kütləvi nümayişlərdə təxminən 29 min insan iştirak edib.
Fransada polis 30 etirazçını saxlayıb.
“Təzadlar” xəbər verir ki, bu barədə Fransa KİV-ləri polis mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Fransanın bir sıra şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Toqquşmalar xüsusilə Tuluz, Brest və Marsel şəhərlərində yaşanıb.
Parisdə polis etirazçıları gözyaşardıcı qaz və rezin dəyənəklər tətbiq etməklə dağıdıb.
“Təzadlar” xəbər verir ki, bu barədə “Parisien” nəşri yazıb.
“Polis avtobus deposunu blokada edən nümayişçilərə qarşı güc tətbiq edib və rezin dəyənəklərlə zərbələr endirib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz istifadə edib, etirazçılar isə tüstü şaşkaları ilə cavab veriblər”, – məqalədə bildirilib.
BFMTV telekanalının məlumatına görə, aksiya yerli vaxtla səhər saat 6-da başlayıb. Ona avtobus sürücüləri də qoşulub.
Bütün Fransanı əhatə edəcək aksiyalarda 900 min nəfərədək insanın iştirak edəcəyi gözlənilir.
Bu gün Fransada dövlət xərclərinin azaldılması planına etiraz əlaməti olaraq 250-dən çox nümayiş planlaşdırılıb.
“Təzadlar” bu barədə Fransa KİV-inə istinadən xəbər verir.
Məlumata görə, müxtəlif iqtisadi sahələrin həmkarlar ittifaqları dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılması, varlı vətəndaşlar üçün daha yüksək vergilərin tətbiqi, həmçinin geniş ictimai narazılığa səbəb olan pensiya islahatının ləğv edilməsi tələbləri ilə çıxış edirlər.
Etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.
Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.