19 Sentyabr 2025 / 07:24

Zelenskiyə qarşı üsyanla bağlı gözlənilməz fakt üzə çıxıb

Jurnalist Rik Sançes bildirib ki, ukraynalılar Kiyev hakimiyyətinin səfərbərlik siyasətinə getdikcə daha çox etiraz edirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkəsindəki səhifəsində yazıb.

Sançesin sözlərinə görə, küçələr məcburi səfərbərliyə qarşı etirazçılarla dolur, çünki ukraynalılar artıq ayılır.

Getdikcə daha az ukraynalı “Zelenskinin bütün ruslara qarşı müharibəsi” uğrunda canlarını qurban verməyə hazırdır, – jurnalist əlavə edib.

Bundan əvvəl Ali Radanın keçmiş deputatı Oleq Tsarev Vladimir Zelenskinin Mərkəzi Hərbi Dairə ilə bağlı planlarını şantaj adlandırmışdı. Sabiq deputatın fikrincə, Kiyev hakimiyyətinin rəhbəri hərbi əməliyyatların davam etdirilməsini müdafiə edən avropalı siyasətçiləri şantaj edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!