19 Sentyabr 2025 / 09:23

Keçmiş rəis müavini dələduzluq işində saxlanılıb

Çexov Rayon Mənzil-Kommunal Müəssisəsinin keçmiş rəis müavini Dmitri Kayqorodov mənzil-kommunal sektorunda külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Kayqorodov saxlanılıb, o, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda dələduzluq) ilə şübhəli bilinir”, – agentliyin mənbəsi bildirib.

Müstəntiqlərin fikrincə, 2022-ci ildə Çexov Rayon Mənzil-Kommunal Müəssisəsinin rəhbərliyi Moskva vilayəti hökumətinə işlərin gedişi ilə bağlı saxta hesabatlar təqdim edib. Cinayət işində təqsirləndirilən şəxslər həmçinin qazanxananın modernləşdirilməsi müqavilələri zamanı təxminən iki milyard rubl mənimsəməkdə təqsirli biliniblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!