Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Komissiyanın baş sözçüsü Paula Pinyo məlumat verib. Onun sözlərinə görə, bu gün daha sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallas birgə mətbuat konfransı keçirəcəklər. Bununla belə, Pinyo bildirib ki, yekun sənəd tamamlanana qədər sanksiyalar paketinin detalları açıqlanmayacaq.
Qeyd edək ki, yeni sanksiyalar paketinin qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməsi və Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil razılığı tələb olunur.