19 Sentyabr 2025 / 20:08

Bakıda F1 kuboku alov və xalça naxışları ilə təqdim edilir

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin kuboku “Odlar Yurdu”na həsr olunub.

Bu barədə “Təzadlar”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir.

Dünyaca məşhur dizayn şirkəti “Pininfarina” tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək, “Formula 1″in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok son yarış günündə qaliblərə təqdim olunacaq. Bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!