19 Sentyabr 2025 / 22:25

Pakistan Səudiyyə Ərəbistanına nüvə imkanlarını verə bilər

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə bağlanmış müdafiə sazişinə əsasən krallığa Pakistanın nüvə silahına çıxış imkanı verilə bilər.

Bu barədə “Təzadlar” xəbər verir.

Nazir əlavə edib ki, onların malik olduğu imkanlar sazişə uyğun olaraq Səudiyyə Ərəbistanı üçün əlçatan ola bilər.

X.Asifin sözlərinə görə, digər ölkələrin pakta qoşulması imkanı barədə danışmaq hələ tezdir. Bununla belə, o, hadisələrin bu cür inkişafının istisna edilmədiyini vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!