Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa İsrailin İordan çayının qərb sahilini ilhaq etmək istəyini aydın qırmızı xətt hesab edir.
Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makronun ofisi məlumat yayıb.
“Bu, “aydın qırmızı xətt”dir”, – bəyanatda deyilir.
Bu il iyulun 24-də Makron BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclasında ölkə hakimiyyətinin Fələstin Dövlətini rəsmən tanımaq niyyətində olduğunu bəyan edib. O bildirib ki, hazırda Qəzza zolağında döyüşlərə son qoymaq və mülki əhaliyə yardım göstərmək üçün “təcili ehtiyac” var.
İsrailin baş naziri Benyamin Netanyahu Makronun sözlərini şərh edərkən bildirib ki, Fransanın Fələstini dövlət kimi tanımaq istəyi antisemitizmi alovlandırır.
“Politico” yazır ki, İsrail hakimiyyəti Fransa hökumətinin Fələstin dövlətçiliyinin mümkün tanınmasına sərt cavab hazırlayır.
E.ŞİRİNOV