Volqoqrad hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb.
“Volqoqrad hava limanı. Təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, – məlumatda deyilir.
E.ŞİRİNOV







