22 Sentyabr 2025 / 09:26

USQ-nin hücumu nəticəsində Krımda 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarəsinin Krıma hücumu nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə respublikanın başçısı Sergey Aksyonov Telegram kanalında məlumat verib.

“Yenilənmiş məlumata görə, Foros şəhəri yaxınlığında pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər həlak olub, 16 nəfər yaralanıb”, – o yazıb.

Respublika başçısı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Aksyonov daha əvvəl bildirmişdi ki, Sevastopolla sərhəddə yerləşən Foros kəndində USQ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində Foros sanatoriyasının ərazisindəki bir neçə bina və məktəb binası zədələnib. İlkin məlumatlara görə, məktəbin auditoriyası dağıdılıb, kitabxanaya ziyan dəyib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 21-də Krımın heç bir hərbi obyekti olmayan kurort bölgəsində Ukrayna Silahlı Qüvvələri yüksək partlayıcı döyüş başlıqları ilə silahlanmış PUA-lardan istifadə edərək zərbə endirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!