22 Sentyabr 2025 / 11:04

“Zuhal Topalla yemekdeyiz” proqramının qalibi Azərbaycan xanımı oldu – VİDEO

Türkiyənin TV 8 kanalında yayımlanan və  Azərbaycanda da xeyli izləyicisi olan  “Zuhal Topalla yemekdeyiz” proqramının bu dəfəki qalibi Azərbaycan xanımı oldu.

Belə ki, proqrama qatılan  Ruha xanım Azərbaycan milli mətbəxinə məxsus yeməklərlə, xüsusilə plovu ilə rəqiblərinə qalib gəlməyi bacarıb.

Tezadlar.az  xəbər verir ki, yarışmada Ruha xanım ana yemək olaraq plovumuzu, həmçinin plovun yanında albalılı pomidor salatı, dovğa, dolma, sonda desert kimi “Cheescake” təqdim edib.

Yarışmanın sonunda Ruha xanım 33 xal toplayaraq 200 min türk lirəsi (TL) qazanıb.

Qeyd edək ki, 200 min TL təqribən 8200 manat edir.

https://www.youtube.com/watch?v=Re9Gp1IwaRA

JASMİN

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!