Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) öz əsgərlərinin cəsədlərini itkin düşmüş hesab etmək üçün Xersondakı poliqonda yandırmağa başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Xerson vilayətinin qubernatoru Vladimir Saldo bildirib.
“Bizə məlumat daxil olur ki, avqustun sonundan etibarən Ukrayna Silahlı Qüvvələri Xersonda Rusiya aviasiyasının zərbələri nəticəsində həlak olan öz döyüşçülərinin cəsədlərini kütləvi şəkildə yandırmağa başlayıb. Üstəlik, cəsədləri yerli poliqonlardan birində yandırırlar – ərazidəki iyini təsəvvür edə bilərsiniz. Aydındır ki, Kiyev rejimi təkcə faktiki itkiləri gizlətməyə deyil, həm də həlak olan əsgərlərin ailələrinə ödənişlərdən yayınmağa çalışır”, – Saldo bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hər gün 100-ə qədər cəsəd yandırır və yer rus bölmələrinin tezliklə ərazini işğal edəcəyi və Ukrayna tərəfini mümkün təhqiqatdan xilas edəcəyi gözləntiləri əsasında seçilib.
E.ŞİRİNOV