Saratov hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsia) məlumat yayıb.
“Saratov hava limanı (Qaqarin). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, – məlumatda deyilir.
E.ŞİRİNOV






