24 Sentyabr 2025 / 20:28

Fitso: Bratislava və Kiyev hökumətləri Mixalovtsedə görüşəcək

Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək və onun ölkənin şərqindəki Mixalovtse şəhərində keçirilməsi təklif olunur.

“Təzadlar” xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

“Oktyabrın 17-də Slovakiya və Ukrayna hökumətlərinin birgə iclası keçiriləcək” , – o deyib.

Fitsonun sözlərinə görə, tərəflər müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə diqqət yetirəcəklər.

Baş nazir görüşün daha əvvəl oktyabrın 20-də Slovakiya ərazisində keçirilməli olduğunu xatırladıb. Buna görə də Fitso dördüncü birgə görüşün Ukrayna ilə sərhədə yaxın yerləşən şəhərdə keçirilməsini təklif edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!