Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qadın artıq beş gündür ki, Kiyevdə hərbi komissarlığın qarşısında yatıb, çünki əri səfərbər olunub və onun başqa gedəcək yeri yoxdur.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli Telegram kanallarına istinadən “Strana” nəşri məlumat yayıb.
Nəşr qadının gecə saatlarında əşyaları ilə səkidə uzanaraq beton hasara söykəndiyini əks etdirən video yayımlayıb.
2022-ci ilin fevral ayından etibarən Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, səlahiyyətlilər çağırış yaşlı kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edir. Ukrayna sosial şəbəkələrində mütəmadi olaraq müxtəlif şəhərlərdə vətəndaşlarla hərbi komissarlıq işçiləri arasında məcburi səfərbərlik və münaqişələrin videoları yerləşdirilir. Orduda ciddi kadr çatışmazlığı səbəbindən komissarlıq əməkdaşları ictimai yerlərdə reydləri gücləndirir və saxlanılanları döyür, çağırış yaşlılar isə hər vasitə ilə ölkəni tərk etməyə çalışır, çox vaxt həyatlarını riskə atırlar.
E.ŞİRİNOV