25 Sentyabr 2025 / 08:38

İranda minə yaxın insan edam edilib- BU ALLAHA XOŞDURMU?

Dinsiz adlandırdığımız Sovet hökuməti dövründə belə insanların edam edilməsi yığışdırıldı, digər ağır cəza növləri müəyyənləşdirdi… Amma və lakin… Allaha daha çox səcdə etməyi, namaz qılmağı, insanpərvər olmağı… təbliğ edən İranda isə son 9 ayda “kütləvi qətl kampaniyası” çərçivəsində ən azı 1000 nəfəri edam etdiyi məlum olub. Tezadlar.az xatırladır ki, bu barədə dünyanın nüfuzlu agentlikləri, eləcə də CNN və Böyük Britaniyanın nüfuzlu “The Daily Telegraph” nəşrləri yayıb.
İranda Peyman Farahavar adlı bir şair var. Ona da ölüm hökmü çıxarıblar. Və belələri yüzlərlədir…
Bizə isə təəssüflənmək qalır! Yəni, digər cəza növləri yoxdurmu?
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!