Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

27 Sentyabr – Anım Günü, Vətən müharibəsininbaşlamasının 5-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və“AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaqqələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığınınvə şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər. QSC- nin mətbuat xidmətindən “Təzadlar”a bildirilib ki, kollektiv qəhrəman şəhilərimizin xatirəsini yad edib, həmçinin xatirədaşının önünə gül dəstələri qoyub.
Eyni zamanda, “AzerGold” QSC-nin kollektivi Bakı vəGəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhidolmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarlarını ziyarət ediblər. Ziyarət iştirakçıları şəhidlərinəziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Füzuli rayonu, Təmir-tikinti vəenergetika şöbəsinin Generator sahəsi üzrə rəisivəzifəsində çalışmış Rauf Əsgərov isə Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Muxtar Qasımlı 2020-ci ilin 2 oktyabr tarixindəFüzuli rayonunun Alxanlı, baş leytenant Rauf Əsgərov isə26 oktyabr tarixində Mərdinli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”, Muxtar Qasımlı isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
“AzerGold” QSC və onun törəmə şirkətləri Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını ifadə edir.