3 Oktyabr 2025 / 19:05

Yaşıllıqlara böyük zərbə – qanunsuz kəsim cinayət işi yaradır

Son bir həftə ərzində Bakı, Sumqayıt şəhərləri və Ağstafa rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

“Təzadlar” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqаyıt şəhəri 11-ci mikrorayon, Ağstafa rayonu Böyükkəsik və Kolxəlifəli kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!