Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təhlükəsizlik qüvvələri Krasnoyarsk və Stavropol diyarlarında yəhudi dini obyektlərinə beynəlxalq terror təşkilatının tərəfdarları tərəfindən planlaşdırılan terror aktlarının qarşısını alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Terror aktları Fələstin-İsrail münaqişəsi zamanı zərər çəkmiş Fələstin vətəndaşlarının maraqlarının müdafiəsi bəhanəsi ilə planlaşdırılıb”, – agentliyin açıqlamasında bildirilir.
Terrorçuların məqsədi 2023-cü ilin oktyabrında Dağıstanda xaricdən Telegram mesajlaşma proqramı vasitəsilə koordinasiya edilmiş antisemitizm iğtişaşlarına bənzər Rusiyada kütləvi etirazlar törətmək üçün etnik ədavəti qızışdırmaq olub.
Krasnoyarskda sinaqoqda əldəqayırma bomba partlatmağı planlaşdıran iki əcnəbi saxlanılıb. Terrorçuların qurduqları anbarda partlayıcı maddələr və qəlpələr hazırlamaq üçün prekursorlar aşkar edilib.
Pyatiqorskda təhlükəsizlik qüvvələri Yəhudi Dini İcmasının binasını yandırmağa hazırlaşan Rusiya vətəndaşını saxlayıb. Ondan bıçaq və mobil telefonlar götürülüb, içərisində əcnəbi idarəçi ilə Telegram mesajları var.
Saxlanılan şəxslərə qarşı cinayət işi açılıb.
E.ŞİRİNOV