6 Oktyabr 2025 / 15:25

Bu dəhşəti necə unudaq, ay bizə tolerantlıq dərsi keçənlər!!!

 …Bu fotoya diqqətlə baxın… Xocavənd rayonunun işğaldan azad edilən Edilli kəndində tapılan bir məzarlıqdır. 12 Şəhidin bir yerdə uyuduğu dar bir məzarlıq. Bu 12 şəhidin qalıqlarında əllərinin, ayaqlarının məftil və kəndirlə bağlanmasına da diqqətlə baxın.
 Ölümlərindən əvvəl hansı işgəncələrə məruz qaldıqlarını bir Tanrı bilir. Bəlkə də diri-diri torpağa basdırılıblar. Bu 12 Şəhid bizim hələ də itkin olan, öldüsü, qaldısı bilinməyən minlərlə insanlarımızdan sadəcə, on iksidir.
 Şəhidlərimizin öldürülərək və ya diri-diri kütləvi basdırılan yüzlərlə məzarlardan sadəcə biridir.
 Bizi qisaçılıqda, haylara nifrətdə suçlayan şərəfsizlər, Azərnbaycanın içindəki qisasın nədənini yenəmi anlamadınız?
 Biz heç nəyi unutmarıq. Bizim başımıza gətirilən bütün faciələrin qisasını tez, ya gec alarıq . Bizə insanlıq, tolerantlıq dərsi keçənlər də bilsin ki, bizim insanlığımız, tolerantlığımız olanda sizin nə özünüz var idiniz , nə dövlətiniz.
 Bizə qarşı olmayanlarla, yurdumuza göz dikməyənlərlə işimiz olmaz, amma yurdumuza göz dikənlərin gözünü oyarıq, etdiklərinin də tez-gec qisasını alarıq. Qurdun qisası qiyamətə qalmaz!
Afət MÖHBALI
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!